HAQQIMIZDA

“Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir

50-dən çox brendin rəsmi təmsilçisi olan Active Group, istehlakçıların daim dəyişən tələblərini nəzərə alaraq, keyfiyyət meyarından uzaqlaşmır. Avropa, Asiya və Amerika istehsalı bütün növ benzin və dizel mühərrikli avtomobillərin ehtiyyat hissələrini bazara təqdim edən “Active Group” şirkəti müştərilərə hər zaman dost kimi yanaşır.

XX əsrin 90-cı illərində kiçik bir biznes fəaliyyəti kimi atılan ilk addımlar, bizə nəhayət 2001-ci ildə “REEN” olaraq şirkət kimliyi qazandırdı. 2005-ci ildən etibarən artıq bugünki adını alan və “Active Group” kimi yüksək etibarlılıqla bazarda öz adından söz etdirən şirkətimiz, keyfiyyət üçün əzmlə irəliləyərək ildən ilə daim yeni nailiyyətlər və uğurlar əldə etdi. 2014-cü ildə “Nexus Automotive İnternational”ın rəsmi üzvü olan “Active Group”, 2015-ci ildə yeni anbar və yeni mərkəzi ofisinin açılışı, 2018-ci ildə Azərbaycanda ilk rəsmi Bosch Car Service mərkəzinin fəaliyyətə başlaması və Gəncə regional anbarınınn istifadəyə verilməsi ilə qısa vaxt ərzində ölkədəki ən böyük avtomobil ehtiyat hissələri tədarükçülərindən birinə çevrildi.

İstehlakçıların maarifləndirilməsi məsələlərini diqqət mərkəzində saxlayan “Active Group” daim seminarlar keçirməyə, istehsalçı zavodlarına turlar təşkil etməyə, maarifləndirici görüşlər və foto-video materiallar hazırlayaraq istehlakçılarla daim ünsiyyətdə olmağa xüsusi diqqət yetirir. Eyni zamanda Azərbaycanda avtomobil ehtiyyat hissələri ilə bağlı ilk iri-miqyaslı konfransın təşkilatçısı olan “Active Group” bu tədbiri silsilə formasında ardıcıl olaraq təşkil edərək istehsalçı, satıcı və istehlakçıların bir araya gəlməsində həmişəki kimi professional yanaşmasını sərgiləyir.

Təchizatçılar və müştərilərimizlə uzunmüddətli əməkdaşlıq etmək üçün hər zaman iş metodlarımızı mükəmməlləşdirmək, distribyutor fəaliyyətində yalnız etibarlı və təhlükəsiz ehtiyyat hissələri istehsal edən sirkətlərlə əməkdaşlıq etmək, istehlakçı hüquqlarını daim diqqət mərkəzində tutmaq, əməkdaşlarımız və müştərilərimiz üçün mutəmadi olaraq təlim və seminarlar təşkil etmək və ən əsası iş ortaqlarımızı dostumuz kimi görmək şirkət olaraq əsas missiyamızdır